DTX-nın İsmayıllıda saxladığı məmur haqda həbs qərarı çıxarıldı

GÜNDƏM
17:50
30 Aprel 2020
168

Üç gün əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi əməliyyatı ilə saxlanılan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun məhkəməsi keçirilib.

Sabah.az xəbər verir ki, Məhərrəm Əhmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun işinə Binəqədi Rayon Məhkəməsində baxılıb.

Xatırladaq ki, Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkar edilmiş və müəyyən edilib ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12.400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimsəyib. Bundan başqa, o, aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarını mənimsəyib.

Xəbər lenti