Sonuncu kurs tələbələri ilə bağlı açıqlama
“4-cü kurs tələbələrinin ali məktəbi bitirməsində elə bir sıxıntı olmayacaq”.
Sabah.az xəbər verir ki, bu sözləri Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva Yeni TV-yə açıqlamasında qeyd edib.
Bildirib ki, buraxılış kurslarında oxuyan tələbələr fevral ayından etibarən təcrübə sahələrində praktikada olurlar və yalnız bundan sonra buraxılış imtahanına hazırlaşırlar:
"4-cü kurs tələbələrinin buraxılış kursunda olduğunu nəzərə alaraq onların ali məktəbi bitirməsində sıxıntı olmayacaq.
Aşağı kurs tələbələrinin digər kursa keçməsi məsələsində isə rektorlar da yaranmış vəziyyəti qiymətləndirlər və bu barədə müəyyən müzakirələr aparır. Yəqin ki, təhlil apardıqdan sonra hər bir ali məktəbin rəhbərliyi öz kontingentinə bu barədə ətraflı məlumat verəcək”.
Daha çox