“Vəziyyət tələb edərsə, dərs ili vaxtından əvvəl başlaya bilər”

GÜNDƏM
14:48
30 Aprel 2020
237

“Vəziyyət tələb edərsə, ola bilsin ki, dərs ili vaxtından əvvəl başlasın”.

Sabah.az xəbər verir ki, bu sözləri Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva Yeni TV-yə açıqlamasında deyib.

O bildirib ki, dərs ilinin başlaması Təhsil Nazirliyinin yox, Nazirlər Kabinetinin səlahiyyətində olan məsələdir:

“Kim deyə bilər ki, sentyabr ayında vəziyyət necə olacaq? Bu sualın cavabını bilən adam dərslərin başlanma vaxtı ilə də bağlı rəy bildirə bilər. Hər il dərslər ənənəvi olaraq 15 sentyabr tarixində başlayır. Biz başa düşürük ki, proqramda müəyyən geriləmələr var. Hələ ki, dərs ilinin sonuna dair məsələləri müzakirə edirik. Vəziyyət tələb edərsə, ola bilsin ki, dərs ili vaxtından əvvəl başlasın.

Amma bu da yenə Təhsil Nazirliyinin yox, Nazirlər Kabinetinin səlahiyyətində olan məsələdir. Biz yalnız təkliflərimizi təqdim edə bilərik”.

 

Xəbər lenti