Məktəblərdə yay tətili ləğv olunacaq? - Açıqlama
"Güman edirəm ki, məktəblilərin yay tətilinin ləğv olunması üçün əsas yoxdur".
Sabah.az xəbər verir ki, bu sözləri Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva Yeni TV-yə açıqlamasında deyib.
Nazir müavini qeyd edib ki, şagirdlərin istirahət hüquqları yəqin əllərindən alınmaz:
"İstərdim ki, əvvəlki illərdən fərqli olaraq yay tətilini şagirdlər bu il fərqli qiymətləndirsinlər. Çünki dərs ili başladıqdan sonra boşluqların aradan qaldırılması yalnız müəllim və məktəbin qayğıları olmayacaq. Bunun üçün yay tətili müddətində şagirdlər də bu boşluqların aradan qaldırılması üçün öz töhfələrini vermək üçün hazırlaşmalıdırlar".
Daha çox