Əri tərəfindən öldürülən Leyla 7 aylıq hamilə olub
Abşeron rayonunda boğazı kəsilərək qətlə yetirilən qadın hamilə olub.
Sabah.az xəbər verir ki, əri tərəfindən öldürülən Leyla Bəkirova hamiləliyin 7-ci ayında olub. İlkin ehtimala görə, qətl qısqanclıq zəminində baş verib.
Hadisə vaxtı cütlüyün azyaşlı övladı da onların yanında olub və o, qətlə şahidlik edib.
Xatırladaq ki, aprelin 29-da saat 21 radələrində 29 yaşlı Anar Bəkirov Qobu qəsəbəsində yaşadıqları evdə 27 yaşlı həyat yoldaşı Leyla Bəkirovanı bıçaqlayıb, sonra isə boğazını kəsərək öldürüb.
Daha çox