Karantini pozan sürücülərin sayı azalıb

ÖLKƏ
10:26
30 Aprel 2020
55

Dövlət Yol Polisi İdarəsi dünən karantin qaydalarını pozanların sayını açıqlayıb.

Sabah.az xəbər verir ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 28 aprel saat 00:00-dan 29 aprelədək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 806 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 43 min 177 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, xüsusi karantin rejiminin ilk günlərində cərimələnən sürücülərin sayı 2 mindən çox olurdu.

Xəbər lenti