Bakıda avtomobil qadını vuraraq öldürdü - Foto

HADİSƏ
23:54
29 Aprel 2020
103

Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Əliyev Azad Azər oğlu Koroğlu Rəhimov küçəsi ilə idarə etdiyi "VAZ 2103" markalı minik avtomobillə hərəkətdə olan zaman piyada zolağından keçən 1959-cu il təvəllüdlü Fəridə Ələkbərovanı vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.

Nərimanov rayon 18-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti