Cəfər Cabbarlının heykəlinin ətrafı hasarlandı

XƏBƏR
13:35
12 Fevral 2020
106

Metronun “28 May” stansiyasının çıxışında Cəfər Cabbarlının heykəlinin ətrafı hasarlanıb.

Sabah.az Trend-ə istinadən xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metropoliten tərəfindən ərazinin hasara alınmasında məqsəd tunellərdə havalandırma sisteminin daha da yaxşılaşdırılmasıdır:

“Ərazidə işlərin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətindən müvafiq icazə alınıb. İcazə əsasında metropoliten əməkdaşları tərəfindən “28 May” metrostansiyasının çıxışında yerləşən Cəfər Cabbarlının heykəlinin ətrafı hasarlanıb.

Görülən işlərin birinci səbəbi tunellərdə havalandırmanın keyfiyyətini daha da artırmaq, ikinci bir səsbəb isə tunellərin konstruksiyasını ətraf mühitin təsirindən daha da yaxşı qorumaqdır. İşlər yekunlaşdıqdan sonra ərazinin estetik görünüşünə görə orada köşk qoyulacaq”.

Xəbər lenti