Ordumuz minaatanlardan istifadə etməklə düşməni susdurub - Nazirlik

XƏBƏR
20:02
29 Aprel 2020
72

Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycan tərəfinin minaatanlardan istifadə etməklə atəşkəs rejimini pozması barədə yayılan xəbər yalandır, həqiqəti əks etdirmir.

Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Belə ki, Ermənistan tərəfinin iddiasının əksinə olaraq bu gün gündüz saatlarında düşmən ordusunun bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri 82 millimetrlik minaatanlardan istifadə etməklə cavab atəşi ilə düşmənin atəş nöqtələrini susdurub", - deyə nazirlikdən bildirilib.

Xəbər lenti