UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

İDMAN
13:48
15 Noyabr 2019
55

Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Sabah.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Avro-2020-nin seçmə mərhələsi keçiriləcək Malta – Norveç oyununu idarə edəcək. Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Qeyd edək ki, oyun noyabrın 18-də-Ta Qalidəki Milli stadionda olacaq.

Xəbər lenti