Millimizin Millətlər Liqasındakı oyunlarının vaxtı dəyişdirilir

İDMAN
19:10
29 Aprel 2020
90

FİFA sentyabr və oktyabr aylarında keçirilməsi planlaşdırılan Millətlər Liqasının matçlarını koronavirus səbəbindən təxirə salmaq qərarına gəlib.

Sabah.az "The İndependent"ə istinadən xəbər verir ki, qurum hazırda oyunların yeni vaxtı ilə bağlı iki variant təklif edib. Birincisi, görüşlərin noyabr və dekabr aylarında keçirilməsidir. İkinci varianta görə isə, qarşılaşmalar 2021-ci ilin mart, iyun və sentyabr aylarında oynanılacaq.

Qeyd edək ki, C Liqasının I qrupunda yer alan millimizin sentyabrın 5-i doğma meydanda Lüksemburq, sentyabrın 8-i səfərdə Kipr, oktyabrın 9-u səfərdə Monteneqro, oktyabrın 12-i isə evdə Kiprlə görüşləri nəzərdə tutulub.

Xəbər lenti