Sumqayıt sakini qonaq getdiyi evdə öldü

HADİSƏ
17:08
29 Aprel 2020
84

Sumqayıt sakini qonaq getdiyi evdə ölüb. 

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb. Belə ki, dostunun evinə yeyib-içməyə gələn 1969-cu il təvəllüdlü Əliyev Namiq Məmməd oğlu məclisdən sonra qəflətən ölüb. 51 yaşlı kişinin ölüm səbəbləri araşdırılır. Onun spirtli içkidən öldüyü ehtimal olunur. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti