“Ciddi nöqsanlara görə vəzifəsindən azad edilib”

GÜNDƏM
16:27
29 Aprel 2020
171

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Biləsuvar rayonunda keçirdiyi əməliyyat zamanı nazirliyin vəzifəli şəxsinin saxlanılması haqda məlumata münasibət bildirib.

Sabah.az xəbər verir ki, nazirliyin sözçüsü Fazil Talıbov bildirib ki, DTX tərəfindən keçirilən əməliyyat zamanı saxlanıldığı qeyd edilən Mübariz Mustafayev Məşğulluq Xidmətinin əməkdaşı deyil:

"O, işində yol verdiyi ciddi nöqsanlara görə bir müddət əvvəl Biləsuvar rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsindən azad edilib".

Qeyd edək ki, "Qafqazinfo" saytı DTX-nın bu gün Biləsuvar rayonunda keçirdiyi əməliyyat zamanı icra başçısı Mahir Quliyev, müavinləri və rayonun digər sahələrdə çalışan vəzifəli şəxsləri saxladığını yazıb.

Xəbər lenti