Karantində işləyən bərbər salonu aşkarlandı - Foto

XƏBƏR
16:01
29 Aprel 2020
29

Səbail rayonunda xüsusi karantin qaydalarını pozan bərbər salonu aşkar edilib.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, 20-ci sahə adlanan ərazidə Əmrah Əhmədova məxsus kişi salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı obyektin sahibi və 1 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətirilib.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin 211-ci  maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar.

Xəbər lenti