Eldar Əzizov Bakıda yaradılacaq yeni rayondan danışdı
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxta yeni yaradılacaq rayondan danışıb.
Sabah.az xəbər verir ki, "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda keçirilən beynəlxalq konfransda danışan icra başçısı bildirib ki, Bakıda mərkəzi rayon yaradılsa, tarixi binalara xüsusi xidmət göstəriləcək:
"Həmin binaların fasadlarını qoruyub saxlamaq, küçələri vahid standartlara gətirib çıxarmaq üçün maraqlı şərait yaradılır. Artıq bu yaxınlarda qərar veriləcək".
Xatırladaq ki, bu barədə ötən ay “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında məlumat verib: “Keçən il mart ayında Prezident İlham Əliyevlə mədəniyyət xadimlərinin görüşündə Bakıda mərkəzi rayonun yaradılması barədə fikir səsləndirilib. Hazırda bu istiqamətdə iş aparılır”.
Daha çox