Nazirlikdən subaylara “evli” SMS-i gəldi

XƏBƏR
15:14
29 Aprel 2020
83

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 190 manatlıq birdəfəlik ödəmə üçün müraciət edən subay şəxslərə həyat yoldaşlarının mülkə və ya nəqliyyat vasitəsinə sahib olması ilə bağlı imtina cavabının verilməsinə aydınlıq gətirib.

Sabah.az xəbər verir ki, qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov bildirib ki, həmin şəxslər onlara gələn cavab mesajını təhrif edərək paylaşırlar:

“Bəzi subay şəxslər sosial şəbəkə səhifələrində birdəfəlik ödəmədən imtina barədə onlara gələn SMS-dəki “həyat yoldaşının adına 2 və daha artıq daşınmaz əmlak və ya avtomobil olduğu” qeydini konteksdən çıxararaq müzakirə obyektinə çevirirlər. Əslində həmin şəxslərə mesaj mətnində “özünüzün və ya ərinizin (arvadınızın) adına” sözləri yazılıb. Yəni şəxs subay olduqda mesaj onun birbaşa özünə aid olub, ona məxsus əmlakı nəzərdə tutur”.

Qeyd edək ki, həmin şəxslər mesajın fotosunu paylaşaraq nazirlik rəsmisinə cavab veriblər.

Xəbər lenti