Bakıda 70 yaşlı qadın özünü binadan atdı

HADİSƏ
13:48
29 Aprel 2020
93

Bakıda qadın özünü binadan atıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Yeni Yasamalda yerləşən “Muray MTK”nın inşa etdiyi binada baş verib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, binadan yıxılaraq ölən şəxs 70 yaşlı qadın imiş. Fərqanə Səmədzadə adlı şəxs qızının binanın 10-cu mərtəbəsində yerləşən evində qalırmış. Hadisə vaxtı onun qızı yatıb. O yuxudan oyananda artıq anasını binanın həyətində ölü vəziyyətdə olduğunu görüb.

Qeyd edilir ki, ilkin məlumata görə, axşam yatmadan öncə onlar arasında heç bir münaqişə olmayıb. Qadının yıxıldığı, yaxud intihar etdiyi istintaq zamanı müəyyən olunacaq. Hazırda onun meyiti müayinə olunması üçün morqa təhvil verilib.

Xəbər lenti