Ağcabədidə atanın oğlunu öldürməsinin səbəbi bilindi - Yenilənib

HADİSƏ
14:30
12 Fevral 2020
191

Ağcabədi rayonunda ata oğlunu qətlə yetirib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatına görə, fevralın 11-də saat 7 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayan V.Cəfərovun evində münaqişə zəminində oğlu Turalı qətlə yetirməsi Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən V.Cəfərov saxlanılıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

***

Təzəkənd kənd icra nümayəndəsi Rizvan Şıxəliyev açıqlamasında bildirib ki, T. Cəfərov əvvəllər həbs həyatı yaşayıb. Həbsdən çıxdıqdan sonra isə xuliqanlıq əməlinə görə dəfələrlə saxlanılıb: “Tural Cəfərov həbsdən çıxdıqdan sonra bacılarını, anasını döyürdü. Tufeyli həyat tərzi keçirirdi. Atası Valeh Cəfərov Əsəb Dispanserində qeydiyyatdadır. Hadisə baş verən gün Tural içkili vəziyyətdə evə gəlib, bacılarını döyüb, qızlar evdən qaçdıqdan sonra anasını döyüb. Anası qonşularının evində gizlənib. Atası ilə mübahisə etdikdən sonra onu döyməyə çalışıb. Bu zaman atsı əlinə keçən dəhrə ilə onu vuraraq öldürüb”.

R. Şıxəliyev onu da bildirib ki, hadisə ilə bağlı kənd ağsaqqaları hüquq-mühafizə orqanlarına müraciət edərək V. Cəfərovun məsuliyyətə cəlb olunmamasını istəyirlər.  

Faktla bağlı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti