Karantini pozub qumar oynadılar

XƏBƏR
11:50
29 Aprel 2020
40

Qusar rayonunun Suvacal kəndi ərazisində yerləşən və hazırda istifadə olunmayan köhnə tikililərin birində yeddi nəfər kənd sakininin qumar oynadıqları aşkar olunub.

Sabah.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, karantin rejimi qaydalarını kobud şəkildə pozan həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.

Saxlanılan şəxslərin hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati qaydada tədbir görülüb.

Xəbər lenti