Bakıda tapılan yanmış meyitin kimliyi məlum oldu

XƏBƏR
09:55
29 Aprel 2020
230

Bakıda yanmış vəziyyətdə aşkar olunan meyitin kimliyi müəyyənləşib.

Sabah.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi, Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Bölməsi və 43-cü Polis Şöbəsinin keçirdiyi müvafiq tədbirləri nəticəsində Binəqədi rayon ərazisində üzərində yanıq xəsarətləri olan naməlum kişi meyitinin Bərdə rayon sakini Akif Qasımovun olması müəyyən olunub.

Qeyd edək ki, aprelin 27-də Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsi və rayon prokurorluğuna Binəqədi rayon "DSK" yolu I mədən adlanan ərazidə üzərində yanıq xəsarətləri olan naməlum kişi meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.

Meyitin yanında "Argo" markalı siqaretin kötüyü, qablaşdırılmış vəziyyətdə olan spirt və kibrit götürülüb.

İlkin araşdırmalarla həmin meyiti aşkar edilən şəxsin ətraf ərazilərdə butulka və dəmir yığmaqla məşğul olduğu müəyyən edilib.

Meyitin xarici müayinəsi zamanı yanmamış hissələrində hər hansı xəsarət izi aşkarlanmayıb.

Xəbər lenti