190 manatlıq yardımla bağlı daha bir açıqlama - Video
Maşını olmayan vətəndaşa birinə istifadəsində 2 nəqliyyat vasitəsi olduğu üçün 190 manatlıq birdəfəlik ödəmənin təyin edilmədiyi bildirilib. Digərinə isə 14 il əvvəl dünyasını dəyişən ərinin əmək müqaviləsi əsas gətirilib.
Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, son günlərdə vətəndaşlardan bu cür yanlış bildirişlərin göndərilməsi ilə bağlı xeyli müraciət daxil olur. Məsələ ilə bağlı Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev bildirib ki, bu cür hallarla qarşılaşan vətəndaşlar həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 qaynar xətti, həm də rayon Məşğulluq Mərkəzlərinin telefon nömrələri ilə əlaqə saxlayaraq şikayətlərini edə bilərlər. Karantin dövründən sonra da bu cür müraciətləri etmək mümkün olacaq.
C.Quliyevin sözlərinə görə, istər indi, istərsə də, sonradan edilən müraciətlər tam araşdırılacaq və müvafiq qərar qəbul ediləcək.
Ümumilikdə isə birdəfəlik ödəmə üçün müraciət edən bütün vətəndaşlara yaxın günlərdə bildirişlər göndəriləcək.
Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:
Daha çox