Pərvanə İbrahimova BDU-dan ayrıldı
Bakı Dövlət Universitetinin Mətbuat-informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova vəzifəsindən ayrılıb.
Sabah.az xəbər verir ki, o, bunu "Facebook" hesabında bildirib: "Taleyim Bakı Dövlət Universiteti ilə bağlananda 17 yaşım var idi.
26 ildir ki, tələbə adını qazanıb Bakıya gəldiyim gündən hər səhər bu əzəmətli Universitetin darvazalarından keçmək şərəfini yaşamışam. 1994-1998-ci illərdə Beynəlxalq hüquq və beynəlxalq münasibətlər (ixtisas beynəlxalq jurnalistika) fakültəsində bakalavr, 1998-2000-ci illərdə magistratura pilləsi üzrə təhsil almışam. 2000-ci ildə Mətbuat-informasiya şöbəsinə mütəxəssis vəzifəsinə qəbul edilmişəm. Bu doğma Universitetdə doktorantura pilləsini bitirmiş, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent olmuş, pedaqoji fəaliyyətə cəlb edilmişəm. Bir 10 il (2000-2010) də Mətbuat-informasiya şöbəsində mütəxəssis, bir 10 il isə (2010-2020) şöbənin müdiri işləmişəm. Hər ikimiz 20 illiyimizdə fəaliyyətimizə son veririk. O, yeni adla, mən də pedaqoji fəaliyyətlə yola davam deyirik!...".
Daha çox