Avtomobil ağaca çırpıldı, xəsarət alanlar var - Foto

HADİSƏ
19:31
28 Aprel 2020
50

Oğuz rayonunda yol qəzası baş verib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Xaldan-Oğuz avtomobil yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsinin sürücüsü, 1994-cü il təvəllüdlü Teymur Əmiraslan oğlu Ağayev və sərnişini, 1971-ci il təvəllüdlü Habil İdris oğlu Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti