Fransa çempionatında da mövsüm ləğv olundu
Niderlanddan sonra Fransada da koronavirus pandemiyasına görə futbol liqalarının vaxtından əvvəl başa çatdırılması qərara alınıb.
Sabah.az "L'Equipe"ə istinadən xəbər verir ki, bunu Fransanın baş naziri Edvard Filip parlamentdəki bugünkü çıxışı zamanı deyib. O, Liqa 1 və Liqa 2-də 2019/2020 mövsümünü bitirməyin mümkün olmadığını və ölkədə avqust ayına qədər peşəkar futbol yarışı keçirilməyəcəyini bildirib.
Avrokuboklara kimin gedəcəyinin mayda yekun cədvəli müəyyənləşdirdikdən sonra açıqlanacağı, 2020/2021 mövsümünün isə avqustda başlayacağı gözlənilir.
Fransa Liqa 1 TOP-5 liqalar içində ləğv olunan ilk çempionatdır.
Qeyd edək ki, koronavirus pandemiyasına görə 28-ci turda dayandırılan Fransa Liqa 1-də PSJ 68 xalla lider, "Marsel" 56 xalla 2-ci, "Renn" 50 xalla 3-cü, "Lill" 49 xalla 4-cüdür.
Daha çox