Ötən il 21,3 milyon manat vəsait büdcəyə bərpa edilib

İQTİSADİYYAT
13:50
28 Aprel 2020
50

“2019-cu ildə 21,3 milyon manat vəsaitin bərpası təmin edilib”.

Sabah.az xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında məlumat verib.

V.Gülməmmədov bildirib ki, həmin vəsaitin 19,6 milyon manatı dövlət büdcəsinə, 1,3 milyon manatı büdcədənkənar dövlət fondlarına, 335,4 min manat vəsait isə qurumların hesabına daxil edilib:

“Bərpa edilmiş vəsaitlərdən əlavə, 3 milyon manat dəyərində malmaterialların natura formasında bərpası təmin edilib. 1,1 milyon manat görülməmiş işlər yerinə yetirilib. 2 milyon 800 min manat məbləğində artıq ödənilmiş vəsaitdən sonrakı ödəmələr hesabına əvəzləşdirilib. 5,4 milyon manat debitor borclarının bağlanması təmin olunub. 376 min manatlıq əsassız borcun ləğv olunmasına nail olunub”.

V.Gülməmmədov qeyd edib ki, Hesablama Palatası 2019-cu ildə Azərbaycanda büdcə xərclərinin bir hissəsi qanunauyğun şəkildə icra edilsə də, onlar müəyyən meyarlar üzrə səmərəsiz xərclər hesab olunur: "Həmin xərclər 75 milyon manat məbləğində qiymətləndirilib".

O, həmçinin bildirib ki, ötən il palata 5 nəzarət tədbiri üzrə müəyyən etdiyi qanun pozuntularına dair materialları prokurorluq orqanlarına təqdim edib: "Bunlar arasında əsasən dövlət satınalmaları ilə bağlı qanunvericiliyin pozulması halları  daha çox olub. Hesabat ilində həmçinin 10 monitorinq aparılıb".

Xəbər lenti