Avtomobil velosiped sürən 14 yaşlı uşağı vurub öldürdü

HADİSƏ
13:27
28 Aprel 2020
89

Bakıda 14 yaşlı uşağı maşın vuraraq öldürüb.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, hadisə aprelin 27-də saat 15 radələrində, Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində qeydə alınıb.
 
Qəsəbə sakini, əvvəllər məhkum olunmuş X.Rzayev idarə etdiyi “MAZ” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən həmyerlisi, 14 yaşlı Bəşir Cəlalovu vurub. Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti