Məktəbin yaxınlığındakı evdə yanğın söndürüldü - Video

HADİSƏ
12:39
28 Aprel 2020
135

Maştağa qəsəbəsi, 22 saylı orta məktəbin yaxınlığındakı fərdi yaşayış evində yanğın başlayıb.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Bəxtiyar Hacıyev yayıb.

O bildirib ki, yanğının ətrafdakı evlərə keçmə ehtimalı böyükdür.

İlkin ehtimala görə, hadisə elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib.

***

Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası hadisə yerindədir.

***

FHN-dən verilən məlumata görə, yanğın artıq söndürülüb.

Xəbər lenti