Sürücünü vuraraq təhqir edən şəxs 10 sutka həbs edildi - Video+Yenilənib

XƏBƏR
16:40
28 Aprel 2020
174

Qaraçuxur qəsəbəsində avtomobilin qarşısını kəsərək sürücünü vurub təhqir edən şəxs barəsində açıqlama verilib.

Sabah.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, 99-RZ-878 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə qaydaları pozaraq sürücünün qarşısını kəsib onu vuran Suraxanı rayon sakini 32-ci bölmənin əməkdaşları tərəfindən saxlanılıb. Şikayət edən sürücü də 32-ci polis bölməsinə dəvət edilərək hər iki tərəfin izahatları alınıb. Şikayətçinin vurulması iddiası ilə bağlı qərar qəbul olunaraq məhkəmə-tibb ekspertizası da təyin edilib.

“Bu məsələ ilə bağlı yekun qərar məhkəmə tərəfindən veriləcək”, - deyərək Vaqif Əsədov bildirib.

*** 

99-RZ-878 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobili idarə edən 1981-ci il təvəllüdlü Suraxanı rayon sakini Cəfərov Xalid Asif oğlu bu gün məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati həbs olunub.


 

Xəbər lenti