Bakıda ana və azyaşlı qızını avtomobil vurdu

HADİSƏ
22:33
27 Aprel 2020
70

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyası yaxınlığında qeydə alınıb.

1993-cü il təvəllüdlü Kərimova Səbinə İslam qızı 8 yaşlı qızı ilə birgə yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onları minik avtomobili vurub. Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti