Şəmkirdə daha bir şəxs yanaraq öldü
Şəmkir rayonunda daha bir şəxs yanaraq dünyasını dəyişib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Sabah.az-a verilən məlumata görə, Qədimqala kəndində, istixana ərazisində ümumi sahəsi 12 m² olan gözətçi otağının yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 50 m² olan qazanxananın dam örtüyü 10 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı gözətçi otağında 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Cabir oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Qazanxanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Xatırladaq ki, ötən gün gecə saatlarında Şəmkir rayonunun Ələsgərli kəndində, Əhmədov Rüstəm Süleyman oğluna məxsus fərdi yaşayış evində yanğın hadisəsi olub. Elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verən hadisə zamanı Əhmədova Mahı Bayraməli qızı vəfat etmiş, Əhmədov Zöhrab Rüstəm oğlu və 2011-ci il təvəllüdlü Əhmədov Rüstəm Zöhrab oğlu ağır bədən xəsarətləri alaraq Bakı şəhərində yerləşən xəstəxanaya aparılıb.
Daha çox