“Son zəng” ilə bağlı açıqlama

XƏBƏR
17:59
27 Aprel 2020
105

Təhsil naziri Ceyhun Bayramov bu il “Son zəng” tədbirinin keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, C. Bayramov bildirib ki, hər kəsin həyatında “Son zəng” xüsusi yer tutur:

“Amma prioritetləri düzgün müəyyən etməliyik. 11-ci sinif şagirdləri kifayət yetkin insanlardır. Bu tədbiri daha sonrakı mərhələdə də keçirmək olar. Onu da istisna etmirəm ki, bizim bəzi şagirdlərimiz kreativlik nümayiş etdirərək onlayn rejimdə də bunu keçirə bilərlər. Mən düşünürəm ki, bu müddət ərzində hət birimiz məsuliyyət nümayiş etdirərək böyük kütləvi tədbirlərdən çəkinməliyik”.

Xəbər lenti