İranda koronavirusla bağlı ilk - Yoluxanların sayı azaldı
İranda son sutka ərzində qeydə alınan statistikaya görə, ilk dəfə koronavirusa yoluxanların sayı 1000 nəfərdən aşağı olub.
Sabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat verib.
Onun sözlərinə görə, ölkədə koronovirusa yoluxma ilə bağlı pik nöqtə artıq geridə qalıb. Bunu koronavirusa yoluxanların sayı ilə əsaslandıran Kiyanuş ötən sutka ərzində 991 nəfərin koronavirusa yoluxduğunu bildirib.
Məlumata görə, İranda son 24 saat ərzində koronavirusdan ölənlərin sayı 96 nəfər artaraq 5 806-ya çatıb.
Qeyd edək ki, İranda koronavirusa yoluxanların sayı 91 min 472 nəfər, virusdan sağalanların sayı isə 70 min 933 nəfərdir. Ölkədə indiyədək 432 mindən çox COVID-19 testi aparılıb.
Daha çox