Güclü külək əsəcək - Xəbərdarlıq

ÖLKƏ
14:46
27 Aprel 2020
130

Bakıda və Abşeron yarımadasında aprelin 28-i gündüz şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, aprelin 28-i gündüzdən 29-u səhərədək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbər lenti