Masallıdakı partlayışda xəsarət alan ər və arvad öldü

HADİSƏ
13:48
27 Aprel 2020
96

Masallı rayonunda aprelin 16-da fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan ər-arvad xəstəxanada vəfat edib.

Sabah.az xəbər verir ki, Təzə Alvadı kənd sakinləri - 1968-ci il təvəllüdlü İntiqam Qədiyev və onun arvadı 1975-ci il təvəllüdlü Sevinc Qədiyeva yerləşdirildikləri 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsində vəfat ediblər.

Partlayışda cütlüyün qızı Rüfanə Qədiyeva, onun 4 yaşlı oğlu Cahid Eyvazov və 2 yaşlı qızı Zəhra da xəsarət alıb. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti