Rusiyada koronavirusa yoluxanların sayı 87 mini keçdi

XƏBƏR
12:23
27 Aprel 2020
89

Rusiyada son sutka ərzində daha 6 198 nəfər koronavirusa yoluxub.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Məlumata görə, Rusiya ərazisində pandemiyaya yoluxanların ümumi sayı 87 min 147 nəfərə çatıb. Son sutka ərzində daha 47 nəfərin öldüyü bildirilib. 794 nəfərin sağalması ilə koronavirusa qalib gələnlərin sayı 7 346-ya çatıb.

Bildirilib ki, COVID-19-a yeni yoluxan 2 871 nəfər Moskva şəhərinin sakinləridir.

Xəbər lenti