Üzərindən 5 kiloqramdan çox narkotik çıxdı

XƏBƏR
11:12
27 Aprel 2020
44

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayonunun Gərmətük qəsəbəsinin sakini Əli Axundov saxlanılıb.

Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onun üzərinə keçirilən şəxsi axtarış zamanı 2 kiloqram 800 qram narkotik vasitə heroin, 2 kiloqram 650 qram tiryək və 254 qramdan artıq psixatrop maddə olan metamfetamin aşkaralanaraq götürülüb.

Onun Gərmətük kəndində yerləşən yaşadığı evdən isə bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 19 ədəd patron aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti