Fransada futbolçu koronavirusa yoluxdu - İlk dəfə

İDMAN
23:57
25 Aprel 2020
93

Fransanın "Monpelye" klubunun futbolçusu Junior Sambiyada koronavirusa aşkarlanıb.

Sabah.az ESPN-ə istinadən xəbər verir ki, çərşənbə axşamı xəstəxanaya yerləşdirilən 23 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb. Bu, Fransa Liqa 1-də çıxış edən oyunçular arasında ilk yoluxma olub.

Vəziyyəti ağır olan fransalı futbolçunun süni koma vəziyyətinə salındığı vurğulanıb.

J.Sambiyanın agenti Frederik Qerra yarımmüdafiəçinin evdə karantin şərtlərinə əməl etdiyini bildirib. O, futbolçunun böyük ehtimalla mağazalardan birində koronavirusa yoluxduğunu söyləyib.

Xəbər lenti