TƏBİB bugünkü test sayını açıqladı

GÜNDƏM
22:30
25 Aprel 2020
36

Bu gün Azərbaycanda koronavirusla bağlı 6 069 test edilib.

Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) aprelin 25-nə açıqladığı statistik göstəricidə qeyd olunub.

Bildirilib ki, indiyədək ölkədə 120 min 479 test edilib.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 25 yeni yoluxma faktı qeydə alınıb, ölən olmayıb, 67 nəfər sağalıb. İndiyədək ölkədə 1 617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 21 nəfəri vəfat edib.

Xəbər lenti