Ümit Özat azərbaycanlı futbolçunun transferindən danışdı
Bosniya və Herseqovinanın “Çelik” klubunun baş məşqçisi Ümit Özat azərbaycanlı futbolçu Elvin Yunuszadənin transferindən danışıb.
Sabah.az xəbər verir ki, türkiyəli mütəxəssis Bosniya mətbuatına müsahibəsində komandasının hazırlığını dəyərləndirərkən 27 yaşlı müdafiəçinin “Çelik”ə faydalı olacağına inandığını deyib:
“Oyunçularımın işindən, motivasiyasından tam razıyam. Hazırlığımız çox yaxşı gedir. Hər futbolçunu faydalı olsun deyə alırıq. Çempionlar Liqasında 6-7 oyun keçirib. Azərbaycan çempionatı asan çempionat deyil. Bizə faydalı olacağını düşünürəm”.
Xatırladaq ki, millimizin sabiq üzvü bir neçə gün əvvəl “Çelik”lə mövsümün sonunadək müqavilə imzalayıb.
Daha çox