Bakı sakini evinin yaxınlığında bıçaqlandı

HADİSƏ
18:26
25 Aprel 2020
67

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, "Birinci Mədən" adlanan ərazidə qeydə alınıb.

1978-ci il təvəllüdlü Ramil Bayramov yaşadığı evin kənarında tanımadığı şəxslə mübahisə zəminində bir neçə bıçaq zərbəsi alıb. Yaralı  ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti