“Xüsusi karantin rejimi ölkə üçün böyük xərcdir”

ÖLKƏ
17:28
25 Aprel 2020
125

"Xüsusi karantin rejimi ölkə üçün böyük xərcdir. Bu dünyanın bütün ölkələrinə aiddir"

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, 2021-ci il üçün dünyada iqtisadi tənəzzül proqnozlaşdırılır:

"Bu proqnozlara mütəmadi olaraq baxılır. Azərbaycan dövləti vətəndaşlarının sağlamlığını iqtisadi nailiyyətlərdən üstün tutaraq xüsusi karantin rejimi haqda qərar verib. Karantinin yumşaldılması istənilən şəkildə sosial təmasların artması, bu da yoluxmanın yenidən artması deməkdir. Məhz bu səbəbə görə hökumət tərəfindən çox dərin təhlillər əsasında mərhələli çıxış planı hazırlanıb. Burada sanitar-epidemioloji vəziyyət əsas olaraq qalacaq. Vəziyyət bu rejimi aşarsa, karantin rejiminin sərtləşdirilməsi haqda qərar qəbul edilə bilər".

Xəbər lenti