1-ci sinif şagirdindən Prezidentə məktub

ÖLKƏ
13:57
25 Aprel 2020
359
Neftçala rayonunda Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbinin 1-ci sinif şagirdi Quluzadə Zəhra Prezident İlham Əliyevə məktub yazıb.

Sabah.az həmin məktubu təqdim edir:

“Əziz Prezidentimiz, bu məktubu Sizə Neftçala rayonu Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbinin 1-ci sinif şagirdi Quluzadə Zəhra yazır. Sizə təşəkkür edirik ki, bu çətin günlərdə belə biz uşaqları yaddan çıxarmır, qayğımıza qalırsınız. Atam deyir ki, güclü liderimiz var, bizi bu bəladan qurtaracaq və biz yenə də həmişəki kimi firavan yaşayacağıq. Biz də Sizin tapşırığınızı yerinə yetirib evdə qalır və dərslərimizi oxuyuruq. Sizin sayənizdə bu xəstəliyə tezliklə qalib gələrək, yenidən məktəbə qayıdacağımıza inanırıq. Allah Sizi qorusun! Sizi çox istəyirik”.

Xəbər lenti