Banklara da güzəşt ediləcək - Siyahı
Bankların requlyativ yükünün azaldılması, kreditləşdirmə imkanlarının artırılması və maliyyə dayanıqlığının qorunması ilə bağlı təkliflər açıqlanıb.
Sabah.az xəbər verir ki, banklar üzrə məcmu kapital tələblərinin ilin sonunadək 1% azadılması nəzərdə tutulur. Eyni zamanda bankların kapitalına təzyiq yaradan bir sıra digər tənzimləyici tələblər də ilin sonunadək təxirə salınacaq. Bu barədə Mərkəzi Bankın Tədbirlər Planında məlumat verilib.
Təkliflərə aşağıdakılar daxildir:
- Banklar üzrə məcmu kapital tələblərinin ilin sonunadək 1% azadılması nəzərdə tutulur. Eyni zamanda bankların kapitalına təzyiq yaradan bir sıra digər tənzimləyici tələblər də ilin sonunadək təxirə salınacaq.
- Sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalının 01 yanvar 2021-ci ilədək 12%-dən 11%-dək azaldılması;
- Digər banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalının 01 yanvar 2021-ci ilədək 10%-dən 9%-ə azaldılması;
- 01 yanvar 2021-ci ilədək kontr-tsiklik kapital buferinin 0.5%-dən 0 faizə endirilməsi;
- Bankların kapitalının adekvatlıq göstəricilərinin hesablanması zamanı bazar və əməliyyat risklərinin 01 yanvar 2021-ci ilədək nəzərə alınmaması;
- Bankların öz vəsaitləri hesabına 2020-ci il 1 aprel tarixinə kimi verilmiş ipoteka kreditləri üzrə risk koofisentinin 100%-dən 50%-dək azaldılması;
- Bankların kapital mövqeyinin qorunması və gücləndirilməsi məqsədilə 2019- cu ilin nəticəsi üzrə dividend ödənişlərinin 30 sentyabr 2020-ci ilədək təxirə salınmasının və 2020-ci il üzrə aralıq dividend ödənilməməsinin banklara tövsiyə edilməsi;
- İstehlak kreditləri üzrə əlavə kapital tələblərinin 01 yanvar 2021-ci ilədək təxirə salınması;
- Kredit təşkilatlarında inspeksiyaların (hərtərəfli və tematik) təxirəsalınmaz reaksiya tələb edilən hallar istisna olmaqla 30 sentyabr 2020-ci ilədək tarixinədək təxirə salınması.
Daha çox