Sumqayıtda yanğın oldu, 1 nəfər xəsarət aldı

HADİSƏ
09:25
25 Aprel 2020
53

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

Sabah.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar 50 m² sahədə, yaxınlıqda, ümumi sahəsi 110 m² olan çayxananın dam örtüyü 2 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin və çayxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti