Futbolçu koronavirus şübhəsi ilə reanimasiyaya yerləşdirildi
Fransanın "Monpelye" klubunun futbolçusu Junior Sambiya koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, həftənin əvvəlindən onun tənəffüs yolları və həzm problemləri səbəbindən xəstəxanada müalicə olunduğu vurğulanıb. Ancaq 23 yaşlı yarımmüdafiəçinin dünən vəziyyətinin pisləşdiyi və reanimasiyaya yerləşdirildiyi bildirilib. Sambiyanın koronavirus testi müsbət çıxarsa, o, Fransa Liqasında koronavirusa yoluxan ilk futbolçu olacaq.
Qeyd edək ki, J.Sambiya bu mövsüm Fransa Liqa 1-də 22 matçda 1 qol vurub, 1 qolun ötürməsini verib.
Daha çox