Bakıda axtarışda olan 10 nəfər saxlanılıb

XƏBƏR
09:16
12 Fevral 2020
35

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində baş verən cinayət hadisələrinin statistik məlumatlarını açıqlayıb.

Sabah.az xəbər verir ki, bu barədə BŞBPİ-nin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də 7 cinayətin üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 10 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 1, oğurluq üzrə 1 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Xəbər lenti