Niderland çempionatında mövsüm ləğv olundu

İDMAN
20:58
24 Aprel 2020
87

Koronavirus pandemiyasına görə Niderlend çempionatında mövsüm ləğv olunub.

Sabah.az xəbər verir ki, bu barədə Eredeviziyanın rəsmi saytı məlumat yayıb.

Çempion elan olunmayacağı və yüksək liqanı heç bir komandanın tərk etməyəcəyi bildirilib. Yeni mövsümdə isə hazırkı 18 klub iştirak edəcək.

Avrokuboklara vəsiqələrin sahibi turnir cədvəlindəki hazırkı sıralamaya əsasən müəyyənləşəcək.

Lider “Ayaks” Çempionlar Liqasının pley-off mərhələsində, 2-ci olan “AZ Alkmar” ikinci təsnifat mərhələsində, 3-cü pillədə qərarlaşan “Feyenoord”  Avroliqanın qrup mərhələsində, PSV və “Villem II” isə (4-5-ci yerlər) ikinci təsnifat mərhələsində iştirak edəcək.

Bundan başqa, Hollandiya kubokunun “Utrext” - "Feyenoord" finalı da baş tutmayacaq.

Qeyd edək ki, Niderland Erediviziyası martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.

Xəbər lenti