Koronavirusdan ölənlərin sayı süni şəkildə artırılır?
"Koronavirusdan ölənlərin sayının artırılması haqda yayılan məlumatlar yalandır".
Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, vətəndaşlar və media bu proseslərlə bağlı məlumatı yalnız Operativ Qərargahla dəqiqləşdirməlidirlər:
"Belə mənbələrə qətiyyən inanmayın. Bu günə qədər ölkəmiz bütün bu xəstəliklə bağlı başdan elan etdiyimiz kimi şəffaf məlumatları paylaşır. Bu cür doğru olmayan, yalan məlumatlara heç kəs güvənməsin. Operativ Qərargahın məlumatlarını əsas mənbə kimi qəbul edin və onu yayın. O cür yalan məlumatlar yayanlarla da mübarizə aparmaq lazımdır”.
Daha çox