Azərbaycanda koronavirusdan ölənlərin yaşları açıqlandı

GÜNDƏM
19:40
24 Aprel 2020
143

Azərbaycanda koronavirusdan vəfat edən şəxslərin yaş göstəriciləri açıqlanıb.

Sabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 27-dən tətbiq ediləcək məhdudiyyətlərin yumşaldılması ilə bağlı keçirilən brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.

O bildirib ki, 40-49 yaş arasında 1 nəfər, 50-59 yaş arası 8 nəfər, 70-79 yaş arası 3 nəfər, 80 yaşdan yuxarı isə 4 nəfər vəfat edib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların 5 faizi 0-9, 6 faiz 10-19, 14 faizi 20-29, 18 faizi 30-39 faiz, 16 faizi 40-49, 22 faizi 50-59, 13 faizi 60-69, 4 faizi 70-79, 2 faizi isə 80 yaşdan yuxarı şəxslərdir.

Xəbər lenti