Gələn həftə Sumqayıtda yeni laboratoriya açılacaq
Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 27-dən tətbiq ediləcək məhdudiyyətlərin yumşaldılması ilə bağlı brifinq keçirir.
Sabah.az xəbər verir ki, brifinqdə çıxış edən TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, aprelin 27-də Sumqayıtda yeni laboratoriya açılacaq. Onun sözlərinə görə, bununla da diaqnostik imkanlar daha da genişlənəcək.
Qeyd olunub ki, bu cihazlar çox az ölkədə var və bunlar Avropa istehsalı olan müasir sistemlərdən ibarətdir.
Daha çox